Gürcüstan Aİ-nin genişlənmə sammitində iştirakdan imtina edib

Gürcüstan hakimiyyəti Avropa İttifaqının genişlənmə məsələlərinə həsr olunmuş sammitində iştirak etməyəcəyini açıqlayıb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə Gürcüstanı yalnız ölkənin Avropa İttifaqındakı səfiri səviyyəsində təmsil etməyə dəvət ediblər. Rəsmi Tbilisi isə bunu lazımi səviyyədə dəvət hesab etmədiyindən sammitdə iştirakdan imtina edib.
Gürcüstan XİN-in açıqlamasında qeyd olunub ki, ölkə Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət alacağı təqdirdə gələcək görüşlərdə iştirak etməyə hazırdır. Nazirlik əlavə edib ki, bu mövqeyi Brüsselə əvvəlcədən çatdırılıb.
Qeyd edək ki, Avropa İttifaqının genişlənmə forumu “Geniş Avropa – güclü Avropa” şüarı altında keçiriləcək. Tədbirin təşkilatçısı Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.