Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı, Ankara və İrəvanla danışıqlara başlayır

Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə etmək üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı planlaşdırır.
Bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Şuranın iclasından sonra Qara dəniz regionuna həsr olunmuş ayrıca nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulur. Görüşdə Avropa İttifaqının tərəfdaş ölkələrinin nümayəndələri də iştirak edəcəklər.
Nekulesku qeyd edib ki, müzakirələr zamanı təkcə nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı deyil, həm də regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.
“Yalnız əlaqəliliyi deyil, təhlükəsizliyi də müzakirə etmək vacibdir. Bu, böyük əhəmiyyət daşıyır və tərəfdaşlarımızın fikirləri də bizim üçün çox önəmlidir”, – deyə nazir vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.