Kaya Kallas: Cənubi Qafqaz tərəfdaşları ilə müzakirə ediləcək çoxsaylı məsələlər var

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Mərkəzi Asiya, Qara dəniz və Cənubi Qafqaz regionlarına dair nazirlər səviyyəsində görüş keçiriləcəyini açıqlayıb.
Kallas bildirib ki, görüşdə Qara dənizdə təhlükəsizlik məsələləri, eləcə də nəqliyyat əlçatanlığı müzakirə olunacaq.
O qeyd edib ki, son həftəsonu Qara dənizdə baş verən hücumlar bu müzakirələri xüsusilə aktual edir.
Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, ölkələr enerji mənbələrini, ticarət marşrutlarını və təchizat zəncirlərini şaxələndirməyə çalışırlar.
Kallas həmçinin Rusiyanın hazırda hərbi qüvvələrinin yerləşdiyi bütün ölkələrdən bu qoşunların çıxarılmasını əsas tələblərdən biri kimi qeyd edib.
“Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı bütün tərəfdaşlarımızla müzakirə edəcəyimiz çoxsaylı məsələlər var”, – deyə Kaja Kallas vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.