AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Bəhreyn hakimiyyətini hədələdi: ABŞ-la əməkdaşlıq Tehranın narazılığına səbəb olub

  • + A
  • - A
  • Bu gün, 21:46

    İran Bəhreyn hakimiyyətini hədələdi: ABŞ-la əməkdaşlıq Tehranın narazılığına səbəb olub

    İran Bəhreyn hakimiyyətini hədələdi: ABŞ-la əməkdaşlıq Tehranın narazılığına səbəb olub

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn hakimiyyətini ABŞ-la hərbi-təhlükəsizlik əməkdaşlığına və şiə dini liderinə qarşı çıxarılan hökmə görə sərt şəkildə xəbərdar edib.

    SEPAH-ın briqada generalı, rəsmi nümayəndəsi Hüseyn Möhəbbi Bəhreyndə hakim Əl-Xəlifə sülaləsinin fəaliyyətinin ölkədəki hakimiyyətin gələcəyini təhlükə altına sala biləcəyini bildirib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Möhəbbi sosial şəbəkədəki paylaşımında Bəhreyn hakimiyyətinin üç əsas səhvə yol verdiyini qeyd edib. Bunlara İrana qarşı hərbi müdaxiləyə şərait yaradılması, ABŞ-ın təhlükəsizlik sistemindən asılılığın davam etdirilməsi və şiə ruhanilərinin nüfuzuna xələl gətirilməsi daxildir.

    SEPAH nümayəndəsi xəbərdarlıq edib ki, bu addımlar davam edərsə, yeni regional təhlükəsizlik düzənində Əl-Xəlifə sülaləsinin hakimiyyətdə qalması təhlükə ilə üzləşə bilər.

    Bu açıqlama Bəhreyn məhkəməsinin şiə dünyasının nüfuzlu dini xadimlərindən biri, böyük ayətullah Şeyx İsa Qasim barəsində qiyabi olaraq ömürlük həbs cəzası çıxarmasından sonra səsləndirilib. Məhkəmə qərarı bazar ertəsi günü qəbul edib.

    Qərar ölkədə gərginliyin artdığı, dini xadimlərin və fəalların kütləvi şəkildə saxlanıldığı, yüzlərlə şəxsin vətəndaşlıqdan məhrum edildiyi bir dövrə təsadüf edib. Daha dörd şiə din xadimi isə 15 il müddətinə azadlıqdan məhrum olunub.

    Şeyx İsa Qasimə qarşı çıxarılan hökm və Bəhreyn hakimiyyətinin son addımları ölkədə şiə icmasının vəziyyəti ətrafında narazılığı daha da gücləndirib.

    Tehran isə Bəhreynin Vaşinqtonla sıx əməkdaşlığına və ABŞ-ın regiondakı təhlükəsizlik sistemindəki iştirakına qarşı çıxır. İranın son bəyanatı Fars körfəzi regionunda onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşə biləcəyinə dair narahatlıqları artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR