Paşinyanın həyat yoldaşından İrəvandakı tıxaclara etiraz çağırışı: Sürücüləri səs-küy salmağa səslədi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda hökm sürən ağır nəqliyyat sıxlığına etiraz olaraq sürücüləri səs\-küy salmağa və narazılıqlarını açıq şəkildə ifadə etməyə çağırıb\.
Akopyan bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib\.
O bildirib ki, İrəvanda tıxaclarla bağlı əvvəlki açıqlamasından sonra yüzlərlə insan ona müraciət edərək problemin ictimai müzakirəyə çıxarılmasına görə təşəkkür edib\. Onun sözlərinə görə, hər gün yüz minlərlə insan paytaxtın yollarında saatlarla vaxt itirir, lakin narazılıqlarını açıq şəkildə ifadə etməkdən çəkinir\.
Paşinyanın həyat yoldaşı xüsusilə qadın sürücülərə müraciət edərək susmamağın və etirazlarını nümayiş etdirməyin vacibliyini vurğulayıb\. O, sürücüləri tıxaclarda qaldıqları zaman avtomobillərində səs\-küy yaratmağa, bununla da məsul şəxslərin diqqətini problemə cəlb etməyə çağırıb\.
Akopyan daha cəsarətli kişiləri də bu etirazlara qoşulmağa dəvət edib\. O qeyd edib ki, vətəndaşlar narazılıqlarını nə qədər açıq və ucadan ifadə etsələr, dövlət qurumlarının bu problemlərə diqqət yetirməsi bir o qədər mümkün olacaq\.
Anna Akopyan İrəvanda yaranmış nəqliyyat probleminin səbəbləri ilə bağlı məsuliyyətin əvvəlki hakimiyyətin üzərinə qoyula biləcəyini də istisna etməyib\.
Onun fikrincə, son 30 ildə Ermənistan iqtisadiyyatı daha mütənasib inkişaf etsəydi və avtomobillərin sayı kəskin deyil, mərhələli şəkildə artsaydı, bu gün paytaxtda belə ağır nəqliyyat sıxlığı ilə üzləşilməzdi\.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.