AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin, Tramp və Si Cinpin APEC sammitində görüşüblər

  • + A
  • - A
  • Bu gün, 16:01

    Putin, Tramp və Si Cinpin APEC sammitində görüşüblər


    Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkil olunan rəsmi qəbulda görüşüblər.

    Məlumata görə, Çinin Sədri sammitin yüksək səviyyəli qonaqlarını şəxsən salamlayıb. Üç lider bir-biri ilə əl sıxaraq ayaqüstü qısa söhbət ediblər.

    Qəbul Çin Sədrinin adından təşkil olunub. Tədbir Şençjen şəhərinin Futyan rayonunda yerləşən Shenzhen International Communication Center-də keçirilib. Putin və Tramp Si Cinpin və onun həyat yoldaşının sağında və solunda əyləşiblər.

    Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp sammit çərçivəsində müxtəlif formatlarda bir neçə dəfə ünsiyyət qurmaq və geniş tərkibli müzakirə aparmaq imkanı əldə edəcəklər.

    Gözlənilir ki, üçtərəfli formatda keçiriləcək görüşdə liderlər geniş spektrli məsələləri, o cümlədən böyük dövlətlər arasında əməkdaşlığı və bunun beynəlxalq vəziyyətə təsirini müzakirə edəcəklər. Uşakovun sözlərinə görə, müzakirələr zamanı Ukrayna məsələsinə də toxunulacağı ehtimal olunur.

    Qeyd edək ki, Vladimir Putin noyabrın 18–19-da keçirilən APEC forumunda iştirak etmək üçün Şençjen şəhərində səfərdədir. O, artıq biznes sammitində çıxış edərək Asiya-Sakit okean regionunun qlobal iqtisadiyyatın mərkəzlərindən birinə çevrildiyini bildirib və Qərb ölkələrinin rəqiblərini iqtisadi baxımdan məhdudlaşdırmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu qeyd edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR