Ukrayna ayrılan vəsaiti yalnız Rusiya tərəfindən təzminatlar ödənildikdən sonra geri qaytaracaq.

Avropa Komissiyası (AK) Ukraynaya 2027-ci ildə 45 milyard avroyadək maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan yeni dəstək mexanizmini işə salıb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə günü Brüsseldə açıqlama verib.
Onun sözlərinə görə, 2027-ci il üçün Ukraynanın maliyyələşdirilməsində ciddi kəsir yaranıb. Bu boşluğu aradan qaldırmaq məqsədilə Avropa Komissiyası 45 milyard avro həcmində vəsait nəzərdə tutan Ukraynaya Koordinasiyalı Dəstək Alətini (Ukraine Support Instrument) təklif edib.
Ursula fon der Lyayen bildirib ki, Ukrayna ayrılan vəsaiti yalnız Rusiya tərəfindən təzminatlar ödənildikdən sonra geri qaytaracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.