AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Suriya, Livan və Qəzza zolağındakı təhlükəsizlik zonalarını tərk etmək niyyətində deyil

  • + A
  • - A
  • Bu gün, 16:28

    İsrail Suriya, Livan və Qəzza zolağındakı təhlükəsizlik zonalarını tərk etmək niyyətində deyil


    İsrail təhlükəsizlik təhdidləri tam aradan qaldırılana qədər Qəzza zolağında, Livanın cənubunda və Suriyada nəzarət etdiyi təhlükəsizlik zonalarını qeyri-müəyyən müddətə saxlamağı planlaşdırır.

    APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib. Onun bəyanatını nazirliyin mətbuat xidməti yayıb.

    Kats bildirib ki, İsrail HƏMAS hərəkatı ləğv edilənə və Qəzza zolağının demilitarizasiyası başa çatana, “Hizbullah” Livanın bütün ərazisində tamamilə tərksilah edilənə, Suriyadan qaynaqlanan bütün cihadçı təhdidlər aradan qaldırılana qədər təhlükəsizlik zonalarını tərk etməyəcək və onların sərhədlərini dəyişməyəcək.

    İsrailin müdafiə naziri, həmçinin xəbərdarlıq edib ki, HƏMAS, “Hizbullah” və ya Suriyadakı cihadçı qruplar tərəfindən istənilən hücum İsrailin müvafiq ərazilərdə nəzarət etdiyi zonaları daha da genişləndirməsi ilə nəticələnə bilər.

    Qeyd edək ki, İsrael Kats 2026-cı il ərzində dəfələrlə oxşar bəyanatlarla çıxış edib. Bu dəfəki açıqlamanın verilməsinə səbəb olan konkret hadisə və ya şərait barədə əlavə məlumat açıqlanmayıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR