Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşməlidir, bu baxımdan texniki parametrlər də razılaşdırılmalıdır.
"Hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir və bu məsələlər, texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Məhz buna görə üçtərəfli işçi qrupu yaradılıb", - Baş nazir qeyd edib.
Bundan başqa, o vurğulayıb ki, TRIPP layihəsinin icrasının praktiki fazasının mühüm mərhələlərindən biri cənub sərhədində kommunikasiyaların tikintisi üçün zəruri olan sərhəd hissələrinin demarkasiyası olacaq.
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Almaniya XİN başçısı Yohan Vadefulla birgə brifinqdə Ermənistan ərazisində 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan "Tramp Marşrutu" (TRIPP) layihəsinin texniki parametrlərinin mütləq şəkildə Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.