AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb

  • + A
  • - A
  • Bu gün, 07:45

    Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb


    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

    Bu mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır.

    Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

    Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

    Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR