AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin 5 il sonra nə işlə məşğul olacaq?

  • + A
  • - A
  • 4-07-2019, 10:36

    Putin 5 il sonra nə işlə məşğul olacaq?

    Rusiya dövlət başçısı Vladimir Putin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib. “Qafqazinfo”nun xəbərinə görə, o, 5 il sonra- 2024-cü ildə prezidentlik səlahiyyəti bitəndən sonra nə ilə məşğul olacağı barədə danışmağın tez olduğunu, hələ ki, bu postda onu çoxlu işlərin gözlədiyini bildirib.

    “Qarşıda hələ 5 il gərgin iş var. Dünyanın belə sürətli dinamikasında indidən proqnoz vermək çətindir. İnanın, hazırda olduğum yerdə görməli çox işlərim var”, -deyə Putin söyləyib.

    Xatırladaq ki, Rusiyada erkən prezident seçkiləri 18 mart 2018-ci ildə keçirilib. Vladimir Putin 76.69 faiz səslə qalib olub. Bu, onun artıq dördüncü prezidentlik müddətidir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR