Türkiyəli səfirdən sərt sözlər: Utanc mənbəyisiniz... - Video
YPG/PKK Suriyada yüzlərlə mülki şəxsi öldürəndə səsinizi çıxarmırdınız.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Qılınc bu ölkənin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasına (USCİRF) etirazında deyib.
Səfir bildirib ki, USCİRF-in bu hərəkəti sadəcə utancverici bir yanaşmadır:
“Siz Türkiyədə yüzlərlə insanın terror təşkilatları tərəfindən öldürülməsinə də səssiz qalmısınız. Seçici əxlaqınız elə əxlaqsızlıqdır. Dini azadlıqlar adı altında müdafiə etdiyiniz bütün dəyərlər üçün utanc mənbəyisiniz. Sadəcə, utanın!”
Qeyd edək ki, USCİRF Türkiyə ordusunun İraqın şimalında PKK-ya qarşı “Pəncə-Qartal” əməliyyatını keçirməsinə qarşı çıxıb.