Atatürkün pencəyi satışa çıxarıldı.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Atatürkün köməkçisi Salih Bozokun evində unutduğu sonradan isə ona hədiyyə etdiyi pencək “Arthill" adlı onlayn hərrac evində satışa çıxıb.
İlkin qiyməti bir dollar olan pencəyin sonuncu qiyməti 55 min dollara qədər yüksəlib.
Hərracın aprelin 18-nə qədər davam edəcəyi, əldə olunan gəlirin isə kimsəsiz uşaqlar üçün istifadə olunacağı bildirilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.