ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinli hakerlər də bir həftə ərzində Tayvanın rəsmi qurum və təşkilatlarına 272 kiberhücum edib.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra çinli hakerlər 4-7 avqust tarixləri arasında Çin ordusunun başlatdığı hərbi təlimlərə əlavə olaraq Tayvanın rəsmi qurum və təşkilatlarına da hücum edərək Tayvanı 6 nöqtədən bloklayıb.
Tayvanın Milli Müdafiə Nazirliyi (MND) Çinin ötən həftə Tayvanda dezinformasiya yaratmaq üçün 272 cəhd etdiyini açıqlayıb. Tayvan Siyasi və Müharibə Bürosunun direktor müavini general-mayor Çen Yu-lin keçirdiyi mətbuat konfransında bildirib ki, Çin keçən həftə canlı atəş təlimləri başlayandan bəri Tayvan kompüter sistemlərinə saxta xəbərlər də daxil olmaqla çoxsaylı kiberhücumlar həyata keçirib. O, sosial medianın və rəqəmsal platformaların sürətli inkişafı sayəsində müharibə strategiyalarının, xüsusən də koqnitiv müharibə sahəsində əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb. Tayvan şəbəkəsinə zərər vurmağın və parçalanmaların dərinləşməsinin döyüş meydanının nəticələrinə əhəmiyyətli təsir göstərə biləcəyini deyən Çenin paylaşdığı MND statistikasına görə, 1-8 avqust tarixləri arasında Çin Kommunist Partiyası (ÇKP) dezinformasiya yaymaq üçün 272 cəhd edib. MND həmçinin kiberhücumları üç kateqoriyaya ayırıb.
Müvafiq olaraq, kateqoriyalar "güc tətbiq etməklə Tayvan və Çinin birləşməsi üçün əlverişli mühit yaratmaq", "hökumətin nüfuzunu sarsıtmaq" və "hərbi və vətəndaşları ruhdan salmaq" idi.
Silahlı qüvvələrin bütün bu dezinformasiyalara yoxlama, izlənilmə, açıqlama və əks tədbirlər kimi addımlar ataraq cavab verdiyini vurğulayan Çen, ictimaiyyəti Çinin yaydığı saxta xəbərlərə, şayiələrə qulaq asmamağa və MND tərəfindən paylaşılan məlumatlara diqqət yetirməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.