AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Biz Rusiyanın təxribatlarına təslim olmayacağıq" - Sandu

  • + A
  • - A
  • 3-09-2022, 11:20

    "Biz Rusiyanın təxribatlarına təslim olmayacağıq" - Sandu


    Moldova prezidenti Maya Sandu Dnestryanı məsələ ilə bağlı Rusiyanın “təxribatlarına” təslim olmayacaqlarını bəyan edib.

    Moldovanın Qaqauz Muxtar Vilayətində səfərdə olan prezident Maya Sandu Qaqauz Xalq Assambleyasının (Xalq Məclisinin) üzvləri ilə görüş keçirib.

    Komrat Dövlət Universitetində tələbə və müəllimlərlə görüşən Sandu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Moldovanın Dnestryanı bölgəsində rus əsgərlərinə qarşı təhdid Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcək” ifadəsini dəyərləndirərək, “Biz təslim olmayacağıq. Biz dinc ölkəyik və sülh istəyirik. Ümid edirik ki, Ukraynada da sülh əldə olunacaq”,- deyə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR