AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın Zaporijye Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqlar var

  • + A
  • - A
  • 21-11-2022, 17:50

    Ukraynanın Zaporijye Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqlar var



    Ukraynanın Zaporijye Atom Elektrik Stansiyasının iki gün atəşə tutulmasından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bazar ertəsi stansiyada yoxlamalar aparmağı planlaşdırdığını bildirib.

    BAEA-nın bildirdiyinə görə, bazar günü Avropanın ən böyük atom elektrik stansiyası yaxınlığına edilən son hücumlara ondan çox partlayış daxildir.

    "Zavodun əsas nüvə təhlükəsizlik və qorunma sistemlərinə birbaşa təsir olmasa da, atəş onlara təhlükəli dərəcədə yaxın olub. Söhbət kilometrlərdən yox, metrlərdən gedir. Zaporijye Atom Elektrik Stansiyasını gülləbaran edən hər kəs böyük riskə girir və bir çox insanın həyatı ilə oynayır" - deyə, MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.

    Rusiyanın fevralın sonlarında Ukraynaya işğalı ilə başladığı müharibə fonunda Ukrayna və Rusiya dəfələrlə bir-birini elektrik stansiyasının yaxınlığını atəşə tutulmaqda günahlandırıb.

    Qrossi münaqişədə hər iki tərəfə Zaporijye AES ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması barədə razılığa gəlmək və bunu mümkün qədər tez bir zamanda tətbiq etmək haqda müraciətini bir daha təkrarlayıb. O, son aylarda belə bir zonanın yaradılması ilə bağlı Ukrayna və Rusiya ilə intensiv məsləhətləşmələr aparıb, lakin hələlik razılıq əldə olunmayıb.

    Kremlin sözçüsü bazar ertəsi jurnalistlərə deyib ki, digər ölkələr də əraziyə hücumları dayandırmaq üçün öz təsirlərindən istifadə etməlidir.

    Ukraynada sərt qış havasının hökm sürdüyü bir vaxt Rusiya Ukraynanın elektrik şəbəkəsinə və digər əsas infrastrukturlarına havadan hücumlar həyata keçirməsi milyonlarla ukraynalının elektriksiz qalmasına səbəb olub. Ukrayna prezidentliyinin bildirdiyinə görə, təkcə Zaporijye vilayətində Rusiya qüvvələri 10-a yaxın məntəqənin mülki infrastrukturunu atəşə tutub, 30 evi dağıdıb.

    Rusiyanın Ukraynaya qarşı təcavüzü başlamazdan əvvəl Zaporijye AES Ukraynada elektrik enerjisinin təxminən beşdə birini təmin edirdi və o vaxtdan sonra stansiya bir neçə dəfə ehtiyat generatorları ilə işləməli olub.

    Hazırda reaktorlar bağlanıb, lakin soyutma sistemlərində elektrik enerjisinin kəsilməsi zamanı nüvə yanacağının həddindən artıq qızması riski mövcuddur. Atışmalar nəticəsində stansiyada elektrik xətləri bir neçə dəfə kəsilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR