Nyu York Universitetində Amerika arxeoloji missiyası Misirin cənubundakı Abydosda Kral II Ramsesin məbədi ərazisində işləyən Ptolemey dövrünə (e.ə. 332-30) aid 2000-dən çox mumiyalanmış qoç başı aşkar edib. Həmçinin, elm adamları daha əvvəl altıncı sülalənin nəhəng binasını tapıblar. Azadmedia.az xəbər verir ki, bu barədə Arab News yazır.
Bildirilib ki, tapıntı kral II Ramsesin Abidosdakı məbədinin tarixi ilə bağlı daha çox təfərrüatları ortaya qoyduğu üçün vacibdir.
Bundan əlavə, arxeoloqlar qoçların başlarının yanından bir sıra mumiyalanmış heyvanlar aşkar ediblər: qoyun, it, çöl keçisi, inək, maral və monqus. Onlar məbədin şimal hissəsində bu yaxınlarda aşkar edilmiş anbar otaqlarından birində tapılıb.
Missiyanın rəhbəri Sameh İskəndər, mumiyalanmış qoçların Ptolemeylər dövründə Abydosda nəzir kimi istifadə edildiyinə inanıldığını söylədi.
Bundan əvvəl bildirilmişdi ki, arxeoloqlar qədim Misir Günəş məbədində sfinks cəsədi olan II Ramzesin heykəlini tapıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.