Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin bildirib ki, prezident Vladimir Putinin “dəmir əsəbləri” var. Azadmedia.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinin Telegram kanalında yayımlanan müsahibəsində danışıb.
Martın 19-da Xusnullin Rusiya liderini Mariupola səfərdə müşayiət edib. O qeyd edib ki, prezidentin səfəri şəhər sakinləri üçün böyük sürpriz olub.
"Demək istəyirəm ki, onun dəmir əsəbləri var" deyən Xusnullin qeyd edib ki, Putin vertolyotla Mariupola uçub, daha sonra avtomobilin sükanı arxasına keçib və şəhərin bir neçə rayonunu gəzib. O, Nevski mikrorayonunun sakinləri ilə görüşüb, evə, Mariupolun sahil xəttinə, teatr binasına və şəhərin digər yerlərinə baxıb.
Xüsnullin bu səfərin "mütləq ekspromt" olduğunu bildirib.
Daha sonra Putin jurnalistin təhlükəli bölgəyə niyə getməsi ilə bağlı sualına cavab verdi ki, bu, çoxdan gecikmiş “sırf iş səfəri”dir, onun üçün orada yaşayan insanların əhval-ruhiyyəsini hiss etmək vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.