AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan prezidenti Su-30MKI qırıcısı ilə yarım saatlıq uçuş həyata keçirib

  • + A
  • - A
  • 8-04-2023, 20:07

    Hindistan prezidenti Su-30MKI qırıcısı ilə yarım saatlıq uçuş həyata keçirib

    Hindistan prezidenti Draupadi Murmu Rusiya lisenziyası əsasında Cənubi Asiya respublikasında istehsal olunan Su-30MKI qırıcısı ilə yarım saatlıq uçuş həyata keçirib. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısı administrasiyasının yaydığı press-relizdə deyilir.
    Qırıcı təyyarəni Hindistan Hərbi Hava Qüvvələrinin kapitanı Naveen Kumar idarə edib. "Təyyarə dəniz səviyyəsindən təxminən iki kilometr yüksəklikdə və saatda təxminən 800 kilometr sürətlə uçurdu", - administrasiya bildirib. Murmu Su-30MKI təyyarəsini idarə edən Hindistanın ikinci qadın prezidenti oldu. Ondan əvvəl, o zaman ölkənin prezidenti olan Pratibha Patil bunu 2009-cu ildə etmişdi.

    Uçuşdan sonra Murmu hava qüvvələri bazasının ziyarətçi kitabında bir qeyd olaraq yazıb ki, “Qüdrətli Su-30MKI qırıcısını idarə etmək mənim üçün həyəcanverici təcrübə oldu. Qürurverici haldır ki, Hindistanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb – quruda, havada və dənizdə”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR