Dünən, iyunun 10-da dünyasını dəyişən Unabomber ləqəbli Teodor Kaçinski intihar edib. Azadmedia.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) işlə tanış olan və adının açıqlanmasını istəməyən dörd nəfərə istinadən xəbər verir. Kaçinski 81 yaşında xərçəng xəstəliyindən vəfat etməsi deyilirdi. Əvvəllər Teodor Kaçinskinin Şimali Karolina ştatının Butner şəhərindəki federal həbsxananın tibb mərkəzində öldüyü bildirilirdi, indi mənbələr onun xəstəxanada öldüyünü dəqiqləşdiriblər.
Kaçinski gecə saat 12:30 radələrində Şimali Karolina ştatının Butner şəhərindəki Federal Tibb Mərkəzində huşsuz vəziyyətdə tapılıb. Agentlik mənbələri bildiriblər ki, ilk müdaxilə edənlər Teodor Kaçinskini xəstəxanaya aparmazdan əvvəl müayinə ediblər və onun şənbə günü öldüyü bildirilir.
Xatırladaq ki, istedadlı riyaziyyatçı hesab edilən Teodor Kaçinski ömrünün 17 ilini bomba göndərməyə sərf etmiş, nəticədə 3 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdır. 1996-cı ildə həbs olundu və dörd ömürlük və 30 il həbs cəzasına məhkum edilib.
Teodor Kaçinski cinayətkar fəaliyyətinə 1978-ci ildə başlayıb. Qurbanlarına ünvanlanan qeydlərdə Unabomber anarxist olduğunu iddia edirdi və yüksək texnologiyalı Amerika cəmiyyətinə qarşı inqilabı alovlandırmaq üçün yola çıxmışdı.
1998-ci ildə məhkəməni gözləyərkən Kaçinski özünü asmağa cəhd etdi. Psixiatr ona paranoid şizofreniya diaqnozu qoysa da, Teodor Kaçinski bunu qəti şəkildə təkzib edib, lakin sonda etiraf edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.