Dağıstanın Kirovaula kəndi Rusiyanın əməkdar məşqçisi - Ultimate Fighting Championship (UFC) yüngül çəkidə keçmiş çempion Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədovun şərəfinə Manapkala kəndi adlandırılacaq. Müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
“Dağıstan Respublikası Xalq Məclisinin təklifi əsasında Dağıstan Respublikasının “Kizilyurtski rayonu” bələdiyyə rayonunun ərazisində yerləşən Kirovaul kəndinin Manapkala kəndi adlandırılması haqqında” 9 noyabr tarixli sərəncamda deyilir.
Adın dəyişdirilməsi kənd sakinlərinin təşəbbüsü ilə baş tutub - fevral ayında əfsanəvi məşqçinin yaşadığı qəsəbənin rəhbərliyi müvafiq təkliflə Dağıstan parlamentinə müraciət edib və bu ideyanı dəstəkləyib.
Xatırladaq ki, Abdulmanap Nurməhəmmədov 2020-ci il iyulun 4-də 57 yaşında vəfat edib. Rusiyanın əməkdar məşqçisi və Dağıstan milli döyüş sambo komandasının məşqçisi sağlığında 18 dünya çempionu yetişdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.