Catalys analitik şirkəti 2024-cü ildə qlobal smartfon bazarında canlanma və 4% artım proqnozlaşdırıb. Azadmedia.az xəbər verir ki, bu barədə “GizChina” nəşri yazır.
Şimali Amerikada smartfon bazarının 2% azalacağı gözlənilir.
“Şimali Amerika istisna olmaqla, bütün əsas bazarlar 2024-cü ildə böyüyəcək. Asiya-Sakit Okean, Yaxın Şərq və Afrikanın illik müqayisədə 6%, Avropanın isə illik 7% artımla liderlik edəcəyi gözlənilir”, - analitiklər bildirib.
Gözlənilir ki, smartfon bazarında əsas tendensiyalar 5G dəstəyinin tətbiqi, süni intellektin (AI) cihazlara inteqrasiyası, istehsalçıların telefon interfeysinin rahatlığına və məlumatların məxfiliyinə artan diqqət,
smartfonların istehsalı və utilizasiyası və bu cihazların az inkişaf etmiş ölkələrin bazarlarına tədarükünün artırılmasına, telefonun ekoloji təmizliyinin artırılması olacaq.
Bundan əvvəl qeyd edilmişdi ki, qlobal smartfon satışları 27 ayda ilk dəfə artıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.