AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xiaomi 14 Ultra kameralarının xüsusiyyətləri məlum olub

  • + A
  • - A
  • 30-11-2023, 22:57

    Xiaomi 14 Ultra kameralarının xüsusiyyətləri məlum olub

    Nüfuzlu insayder Digital Chat Station təqdimatı yalnız gələn il baş tutacaq flaqman Xiaomi 14 Ultra smartfonunun kamera xüsusiyyətlərini açıqlayıb. Bu barədə ITHome portalı məlumat yayıb.

    Weibo sosial şəbəkəsindəki yazıda insayder bildirib ki, Xiaomi 14 Ultra sələfi Xiaomi 13 Ultra kimi dörd 50 meqapiksellik kamera ilə təchiz olunacaq. Bununla belə, yeni məhsul f/1.6-dan f/4.0-a dəyişəcək təkmil dəyişən diafragma sistemi alacaq. Həmçinin, Xiaomi 14 Ultra kamerası müxtəlif nisbətlərdə optik böyütməni dəstəkləyəcək: 0,5x, 3,2x və 5x.

    Şayiələrə görə, Xiaomi 14 Ultra 2K təsvir ölçülü və 120 Hz tezliyə malik AMOLED displey, Qualcomm Snapdragon 8 Gen 3 çipi, 5500 mAh batareya, 32 MP təsvir ölçülü selfi kamerası və xüsusi HyperOS qabığı alacaq.

    Xiaomi 14 Ultra-nın təqdimat tarixi məlum deyil. Cihazın Çində 2024-cü ilin martında təqdim ediləcəyi gözlənilir. Çox güman ki, yeni məhsul Ultra xəttinin digər modelləri kimi yalnız Çin bazarında satılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR