AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin son pandaları ABŞ-dan götürəcək

  • + A
  • - A
  • 21-05-2024, 20:06

    Çin son pandaları ABŞ-dan götürəcək

    Washington Post yazır ki, ABŞ-dakı son dörd panda 2024-cü ilin dördüncü rübündə Çinə qayıdacaq. Qeyd olunur ki, söhbət Amerikanın Atlanta şəhərindəki zooparkın heyvanlarından gedir. Orada 26 yaşlı dişi Lunlun və erkək Yanqyanq, həmçinin onların yeddi yaşlı balaları Yalun və Xilun yaşayır.
    Amerika zooparkı 1999-cu ildə Çindən iki panda icarəyə götürmüşdü. İcarənin müddəti demək olar ki, bitib, ona görə də onları tezliklə vətənə qaytarmaq lazımdır. Balalar artıq ABŞ-da doğulub, lakin razılaşmaya əsasən, onlar Çinə də təhvil veriləcək.
    2023-cü ilin noyabrında Vaşinqtondakı Smithsonian Milli Zooparkı 23 ildir ABŞ-da yaşayan üç pandanı Çinə qaytardı. Heyvanlarla vidalaşmağa təkcə jurnalistlər deyil, bir çox yerli sakinlər də gəlib - bu müddət ərzində Meixiang, Tian-Tian və Siao Ji-Ji zooparkın əsas simvollarına çevrilərək amerikalılara aşiq olmağı bacarıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR