Masallı, 7 oktyabr — Azadmedia.az
Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatlar, eləcə də Qərb dövlətləri 30 ilə yaxın müddətdə hər hansı ciddi addım atmamışdır. Əslində, Qərb üzdə və sözdə özünü elə göstərirdi ki, guya münaqişənin həlli üçün çalışırlar. Əksinə, onların məqsədi bu münaqişəni həlli etmək yox, “dondurulmuş” kimi qələmə verib yaddan çıxarmaq idi. Bu da artıq Azərbaycan dövlətinin və xalqının səbir kasasını daşdırdı. Qərbin istəyi Azərbaycan bu məğlubiyyətlə barışsın və torpaqlarımızın 20 faizi Ermənistanda qalsın. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etmiş və Qarabağın Azərbaycana aid olduğunu qeyd etmişlər. Prezident İlham Əliyev 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı bir daha bu haqda danışaraq bildirib ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır,
Qərb dövlətləri də bu məsələyə ermənipərəst mövqedən reaksiya verir. Ermənistan bu gün Qərbi dövlətləri, xüsusən də Fransa ilə mütəfiqlik edərək, regionda sabitliyi pozmaq üçün cəhd göstərirlər. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr yenə də Azərbaycana qarşı böhtan xarakterli çirkin kampaniya aparırlar.
Azərbaycan xalqı, Azərbaycan dövləti öz mübarizliyini göstərir və anti-Azərbaycan qüvvələrə qarşı hər zaman dayanıqlı güc nümayiş etdirir. Bu günləri Azərbaycanı sevməyən anti-Azərbaycan qüvvələr narahatdırlar
Hazırda Azərbaycan öz müstəqil xarici siyasətini yürüdür. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı var. Azərbaycanda xalq-iqtidar birliyi ildən-ilə daha da güclənir. Eyni zamanda Azərbaycanın güclü ordusu var. Məhz buna görə də Azərbaycan özünə arxalanaraq Qərb dövlətlərinə də, Ermənistana da lazimi cavabını verir.
Bu gün müstəqil Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən özünün ən parlaq dövrünü yaşayır. Ən mühüm amil ondan ibarətdir ki, bu gün ölkəmizdə güclü və sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu birlikdən daha da güc alaraq qarşıda duran əsas vəzifələri şərəflə yerinə yetirir, sözünün imzası qədər dəyərli olduğunu atdığı hər addımla, həyata keçirdiyi siyasətlə sübut edir
Hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevə milyonların sevgisi, dəstəyi sonsuzdur. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur. Ali Baş Komandanımız xalqımıza hər müraciətində bəyan edir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz qalıb ölkəsiyik!
Eldar Kazımov
YAP Masallı rayon təşkilatının əməkdaşı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.