AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: “Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi” - ÖZƏL

  • + A
  • - A
  • 30-12-2024, 14:11

    Prezident İlham Əliyev: “Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi” -


    Masallı, 29 dekabr — Azadmedia.az

    25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. Qəza nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 3-ü isə Qazaxıstan vətəndaşıdır. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, həlak olan 10 nəfərin meyiti müəyyən edilib. Onlardan üçü Qazaxıstan, üçü Rusiya və dördü Azərbaycan vətəndaşıdır. Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarəsi qəzaya uğrayandan dərhal sonra Qazaxıstan xilasediciləri hadisə yerinə yetişdilər və insanları dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Onlar öz həyatlarını risk altına atmışdılar. Onlar , növbəti partlayışın olub-olmayacağını bilmirdilər. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Qazaxıstan, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından dərhal sonra Azərbaycan tərəfinə humanitar və texniki dəstək göstərməyə başladı.Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.
    Qazaxıstanın rəsmi qurumları qəzanın səbəblərinin araşdırılması və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir. Bu faciə hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini bir daha göstərir.
    Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar. Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.
    Dövlətimizin başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib .Biz birlikdə güclüyük!

    Şahbazova Məhbubə Mursəl qızı ,
    Masallı rayonu ,
    Hişkədərə kəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR