İran Ali Məhkəməsinin öldürülən hakimləri terrorçuluq və casusluqda şübhəli bilinənlərin işlərinə baxırdılar.
Bu barədə ölkənin məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, hücum edən şəxs özünü öldürüb.
Dəqiqləşdirilmiş məlumata görə, yaralanan şəxs hakim yox, mühafizəçilərdən biri olub.
12:59
Tehranda Ali Məhkəmə binasının qarşısında atışma baş verib.
“Report”un məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.
İki hakim həlak olub, biri yaralanıb.
İlkin məlumata görə, hakimiyyət bunu terror aktı kimi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.