AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluqda qulluğa qəbulla bağlı imtahan keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 15:36

    Prokurorluqda qulluğa qəbulla bağlı imtahan keçiriləcək


    Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2025-ci il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda (//maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcək.

    Namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə əsasən test imtahanının ödənişli olması nəzərdə tutulmuşdur. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (//exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.


    Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti (//exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsi ilə çap etməlidir.

    Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

    İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir.

    İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks olunacaqdır. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) və elektron test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR