Hazırda bölgələrə güclü qar yağır. "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi balansında olan texnika ilə Şamaxı rayonunun Qaleybuğurd, Sis, Keşmədil və Qaladərəsi kənd yolunu qardan təmizləyir Həmçinin Şamaxı-Əngəxaran Məlhəm Çuxuryurd yolu da intensiv qar səbəbindən bağlanmışdı İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti buzlu yollarda fasiləsiz olaraq intensiv çalışır. Yaranan problem tez bir zamanda aradan qaldırılıb. Hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir porblem yoxdur. Havanın şaxtalı və qarlı olmasına baxmayaraq, sakinlərin və sürücülərin rahat hərəkət etməsi təmin olunur