14 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayon İcra Hakimiyyəti aparatında vətəndaş qəbulu keçirmişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər diqqətlə dinlənilmişdir.
İlk olaraq müraciət edən Mahmudavar kənd sakini əkin sahəsində yaranmış su təminatı problemi ilə bağlı müraciət edərək məsələni rayon rəhbərinin diqqətinə çatdırmışdır.
Növbəti müraciət isə Masallı şəhər sakini tərəfindən məşğulluq məsələsi ilə bağlı olmuşdur.
Digər müraciətlər də rayon rəhbəri tərəfindən dinlənilmiş, hər bir məsələ ətraflı araşdırılması üçün müvafiq qaydada qeydiyyata alınmışdır.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, digər məsələlər isə həlli istiqamətində aidiyyəti qurumlara yönləndirilmiş və nəzarətə götürülmüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.