AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 15:33

    WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.

    AYNA-dan verilən məlumata görə, tədbir iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir. Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçirilir. Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.

    “Ayna MaaS” tətbiqi vasitəsi ilə həm tədbir marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş imkanı, habelə “Ayna MaaS” tətbiqində tədbir marşrutları üzrə funksionallıq yaradılıb.

    WUF13-lə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu 41,5 km olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb. 34 küçə və prospektdə (ümumi 170 km) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 km-dən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.

    Şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63,2 km-ə çatdırılıb. Şəhərin küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.

    Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılma imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.

    Tədbirlə bağlı daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və “Koroğlu” NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri “Terminal 2”nin qarşısında təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR