AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi nümayəndə: "Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir"

  • + A
  • - A
  • Bu gün, 12:20

    Xüsusi nümayəndə: "Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir"

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir.

    Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

    "Yenidən məskunlaşma, əlbəttə ki, iqtisadi inkişaf, eləcə də məşğulluq imkanlarının təmin edilməsi olmadan mümkün olmazdı. Güclü iqtisadi təməl dayanıqlı məskunlaşma üçün əsas amillərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığı dəstəkləmək üçün Azərbaycan vergi və gömrük azadolmaları, güzəştli maliyyə mexanizmləri, investorlar və sahibkarlar üçün sadələşdirilmiş şərtlər də daxil olmaqla xüsusi iqtisadi stimullar tətbiq edib", - deyə o qeyd edib.

    Xüsusi nümayəndənin sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkından "yaşıl enerji" layihələri genişlənir: "Araz çayının tam yaxınlığında yerləşən Zonada 19 rezident və şirkət, həmçinin 3 qeyri-rezident biznes subyekti artıq öz fəaliyyətlərini həyata keçirir. Biz həmin ərazilərdə mümkün olan bütün yaşıl həllərdən istifadə edirik. Təkcə Zəngilanda 50 meqavatlıq dörd su elektrik stansiyamız var. Evlərin və binaların hər birinin damı günəş panelləri ilə təchiz olunub. Bu regionda günəş enerjisi və günəş potensialı kifayət qədər yüksəkdir, Azərbaycandakı digər yerlərlə müqayisədə xeyli çoxdur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR