AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra başçısı Qodman ərazisində şəhid ailəsini ziyarət etdi

  • + A
  • - A
  • Bu gün, 17:33

    Masallıda İcra başçısı Qodman ərazisində şəhid ailəsini ziyarət etdi

    20 may 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qodman ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Zərbiyev Rahim Oktay oğlunun ailəsini ziyarət edib.

    Ziyarət zamanı rayon rəhbəri şəhid anası Əliyeva Mahirə Xəlil qızının səhhəti və qayğıları ilə maraqlanmış, ailənin problemlərinin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.



    Daha sonra Araz Əhmədov şəhid ailəsi üçün inşa olunan fərdi yaşayış evinə baxış keçirmişdir. Tikinti işləri ilə yerində tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını çatdırmışdır.


    Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR