AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

  • + A
  • - A
  • Bu gün, 16:56

    “Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

    “Bakı Fəaliyyətə Çağırışı” sənədi əməkdaşlıq, konkret fəaliyyət və innovasiya prinsiplərinə əsaslanır.

    Bunu UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində bildirib.

    Onun sözlərinə görə, sənəd ilk dəfə ictimai məsləhətləşmələr əsasında hazırlanıb və forumdan əvvəl ilkin layihəsi ictimaiyyətə təqdim olunub.

    “Gənclər üçün mənzil ləyaqət, təhlükəsizlik və aidiyyət qapısıdır. Mənzil təhsil, səhiyyə və imkanlarla əlaqəli olmalıdır”.

    O əlavə edib ki, 2050-ci ilə qədər dünya əhalisinin böyük hissəsini gənclər təşkil edəcək və bu baxımdan şəhərlərin gələcəyinə dair qərarlar gələcək nəsillərin ehtiyaclarını nəzərə almalıdır:

    “Biz birlikdə dünyanı dəyişəcəyik”, - deyə o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR