AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

  • + A
  • - A
  • Bu gün, 17:44

    Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

    Azərbaycan və Latviya Daxili İşlər Nazirlikləri (DİN) əməkdaşlıq edəcək.

    Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.

    Fərmanla bu ilin aprel ayının 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiqlənib.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR