AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 09:47

    DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib


    Dövlət İmtahan Mərkəzi (DİM) saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb

    "Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".

    Qeyd olunub ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər:

    "Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar. Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır".

    Məlumatda həmçinin diqqətə çatdırılıb ki, Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir:

    "İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR