AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

  • + A
  • - A
  • Bu gün, 13:03

    Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

    Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib.

    "Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanlar yaradacaq", - o deyib.

    Baş nazirin sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanı göstərir. Bu balansın bərpası üçün Ermənistanın yalnız Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərin saxlanılması zəruridir.

    "Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir", - Paşinyan vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR