Səyyar ASAN xidmət avtobuslarının iyun ayında fəaliyyət göstərəcəyi ünvanlar müəyyənləşib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, səyyar xidmətlər iyunun 2-25-də Daşkəsən, Şabran, Hacıqabul, Astara, Tərtər, Ağsu, Yevlax və Xırdalan şəhərlərində göstəriləcək.
İyunun 16-25-də isə Bakı şəhərinin Mərdəkan qəsəbəsində səyyar xidmətlər olacaq.
Qeyd edək ki, Səyyar ASAN xidmət avtobusları həftənin iş günləri saat 10:00-dan 17:00-dək xidmət göstərir.
Ağsu şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.