AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

  • + A
  • - A
  • Bu gün, 12:22

    SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management, Inc." şirkəti arasında "midstream", "yaşıl enerji" keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    Bu barədə müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf ilə "Apollo Global Management, Inc."in idarəedici direktoru Conatan Bar arasında görüşdə aparılıb.

    Görüşdə "Bakı Enerji Həftəsi"nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

    Söhbət zamanı eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR