AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb

  • + A
  • - A
  • Bu gün, 08:31

    Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb


    Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

    O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

    Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

    Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR