AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

  • + A
  • - A
  • Bu gün, 14:34

    Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var


    Omandan şimal-şərqdə yerləşən tankerdə bir heyət üzvünün ölümü ilə nəticələnən yanğın baş verib.

    Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) rəsmi saytında bildirilib.

    UKMTO-nun məlumatına görə, yanğın gəminin maşın şöbəsində baş verib. Bu barədə heyətin təxliyəsinə kömək etmək üçün hadisə yerinə gələn yerli hakimiyyət orqanları bildiriblər.

    "İlkin məlumatlara görə, bir heyət üzvü həlak olub, ikisi itkin düşüb", - məlumatda qeyd olunub.

    UKMTO bildirib ki, hələlik texnogen xarakterli təhlükə müşahidə olunmur. Hakimiyyət orqanları araşdırmanı davam etdirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR