Masallı rayonunun Göyəçöl kənd sakini Əbəlfəz Həsənov musiqi sahəsində əldə etdiyi uğurlara görə təhsil aldığı məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
“Secret Garden” əsərinin tarda uğurlu ifası ilə diqqət çəkən Masallı rayon Onbirillik Musiqi Məktəbinin yetirməsi Əbəlfəz Həsənov öz istedadı və ifaçılıq bacarığı ilə dinləyicilərin rəğbətini qazanmışdır.
Qeyd edək ki, Əbəlfəz Həsənov Masallı rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənovun övladıdır.
Gənc ifaçını təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.