AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

  • + A
  • - A
  • Bu gün, 12:37

    Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

    Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

    "İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir", - deyə o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR