AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

  • + A
  • - A
  • Bu gün, 16:16

    İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq


    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin hücuma məruz qalmış nüvə obyektlərini və nüvə materiallarını təftişi məsələsi yalnız ABŞ-la yekun razılaşma çərçivəsində nəzərdən keçiriləcək.

    Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “X”-də yazıb.

    Onun sözlərinə görə, hazırda bu obyektlərə və nüvə materiallarına girişin təmin edilməsi ilə bağlı heç bir plan mövcud deyil: “Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və qarşı tərəf bütün sanksiyaların tam ləğvi, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində praktik addımlar atdıqdan sonra nəzərdən keçiriləcək və həll olunacaq”.

    Qəribabadi qeyd edib ki, AEBA-nın Baş direktoru Rafael Qrossinin müraciətinə baxmayaraq, İsveçrədə onunla heç bir görüş keçirilməyib.

    Qeyd edək ki, AEBA müfəttişlərinin hücuma məruz qalmış nüvə obyektlərinə girişi məsələsi ilə bağlı ABŞ və İran ziddiyyətli açıqlamalar verir. Belə ki, ABŞ-ın Vitse-prezident Vens AEBA müfəttişlərinin İrana qayıdacağını bildirsə də, İran XİN sözçüsü bunu təkzib edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR