AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ni memorandumu pozmaqda ittiham etdi: "Yeni eskalasiyaya görə məsuliyyət Vaşinqtonun üzərindədir"

  • + A
  • - A
  • Bu gün, 11:51

    İran ABŞ-ni memorandumu pozmaqda ittiham etdi: "Yeni eskalasiyaya görə məsuliyyət Vaşinqtonun üzərindədir"

    ABŞ-ın İrana qarşı növbəti zərbələr endirmək qərarı Tehran və Vaşinqton arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun pozulmasıdır. Bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bəyanatda qeyd olunub ki, ABŞ-ın həyata keçirdiyi hücumlar memorandumun hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan birinci bəndinin kobud şəkildə pozulmasıdır.

    İran XİN vurğulayıb ki, regionda gərginliyin yenidən artmasının bütün mənfi nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.

    Qeyd edək ki, çərşənbəyə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yenidən İran ərazisindəki hədəflərə zərbələr endirib. Vaşinqton bu hücumların səbəbi kimi Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilən və məsuliyyətinin Tehranın üzərinə qoyulduğu üç hücumu göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR