Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüCənubi Qafqaz regionunda yeni iqtisadi, siyasi, hüquqi reallıqların formalaşması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hücum diplomatiyasının uğurlu nəticəsidir.
Beynəlxalq münasibətlərin mürəkkəb şəraitdə cərəyan edən bir dönəmində çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni formatda inkişaf etdirilməsi, bunun üçün yeni forma və üsulların müəyyən olunmasi ölkəmizin istər daxili, istər xarici siyasətinin bütün müasir çağırışlara cavab verməsinin əyani təsdiqidr. Eyni zamanda, yaxın tariximizə nəzər salanda qeyd etməliyik ki, keçən əsrin ikinci yarısında dövlət müstəqilliyini bərpa edən Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır.
Həmin dövrdə ölkəyə rəhbərlik edən AXC-Musavat hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda daxili çəkişmələr, özbaşınalıq, iqtisadi, sosial, ictimai və siyası durğunluq pik nöqtəsinə çatmışdır. Ermənistanın ərazi iddialarından qaynaqlanan təcavüz, ərazilərin itirilməsi, qarşısı alına bilinməyən xarici təzyiqlər həddindən artıq gərgin vəziyyət yaratmışdır. Bu cür şəraitdə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev möhkəm əsaslara söykənən dövlətcilik sistemini formalaşdırmağa müvəffəq oldu.
Ulu Öndərin strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, konstitusiya-hüquq nizamının beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə təmin edilməsi nümayiş etdirdi ki, Cənubi Qafqazda tamamilə yeni siyasi və hüquqi konfiqurasiya formalaşıb. Birmənalı olaraq vurğulanmalıdır ki, Azərbaycan tarixinin ən dinamik və əsaslı transformasiya dövrünü yaşayır və regionda davamlı sülhün və sabit təhlükəsizlik rejimin bərqərar olunmasında həlledici rol oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.