AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada həkim 15 pasiyenti qətlə yetirdiyinə görə ömürlük həbs cəzası aldı

  • + A
  • - A
  • Bu gün, 18:03

    Almaniyada həkim 15 pasiyenti qətlə yetirdiyinə görə ömürlük həbs cəzası aldı

    Almaniyanın paytaxtı Berlin məhkəməsi 41 yaşlı həkimi 2021-ci ilin sentyabrından 2024-cü ilin iyulunadək 12 qadın və 3 kişi olmaqla ümumilikdə 15 pasiyenti qəsdən öldürməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

    İstintaqın məlumatına görə, həkim ev ziyarətləri zamanı ağır xəstə olan, lakin ölüm ayağında olmayan pasiyentlərə onların razılığı olmadan ölümcül təsir göstərən müxtəlif dərman kombinasiyaları vurub. O, bəzi hallarda cinayətin izlərini gizlətmək üçün yanğınlar törədib.

    Prokurorluq hesab edir ki, aşkar edilən 15 qətl hələ bütün cinayətləri əhatə etmir. Hazırda həkimin daha 76 şübhəli ölüm hadisəsində iştirakı araşdırılır. Almaniya mediası bildirir ki, bu faktlar da təsdiqlənərsə, bu, ölkə tarixinin ən dəhşətli silsilə qətl hadisələrindən biri ola bilər.

    Təxminən bir il davam edən məhkəmə prosesində uzun müddət susan həkim ötən ay 12 ağır xəstə pasiyenti öldürdüyünü etiraf edib. O, bunu onların "əzablarını yüngülləşdirmək" məqsədilə etdiyini düşündüyünü desə də, məhkəmədə törətdiyi əməllərə görə üzr istəyib.

    Qurbanların yaxınları isə bu iddiaları qətiyyətlə rədd ediblər. 2021-ci ildə öldürülən 25 yaşlı qadının anası qızının yaşamaq istədiyini bildirib. 2024-cü ildə həyatını itirən 72 yaşlı qadının oğlu isə anasının gələcəklə bağlı planlarının olduğunu və yaşamaq arzusundan heç vaxt vaz keçmədiyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR