AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

  • + A
  • - A
  • Bu gün, 10:55

    Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib .

    "Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

    Cənab S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

    Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR