AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana gələn turistlərin sayı azalıb

  • + A
  • - A
  • Bu gün, 12:56

    Azərbaycana gələn turistlərin sayı azalıb

    2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.

    Ölkəmizə gələnlərin ən böyük hissəsini Rusiya (28,1 faiz), Türkiyə (21 faiz) və İran (8,2 faiz) vətəndaşları təşkil edib. Gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi isə qadınlar olub.

    Hesabat dövründə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 1,8 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalıb. Xarici vətəndaşların 71,1 faizi Azərbaycana hava nəqliyyatı ilə gəlib.

    Eyni zamanda, 2026-cı ilin ilk altı ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 5,1 faiz azalaraq 937,4 min nəfər təşkil edib. Səfərlərin 41,5 faizi Türkiyəyə, 17,1 faizi Rusiyaya, 11,7 faizi Gürcüstana, 6,2 faizi İrana, 23,5 faizi isə digər ölkələrə olub.

    Azərbaycan vətəndaşlarının xarici səfərlərinin böyük hissəsi də hava nəqliyyatı ilə həyata keçirilib. Bu dövrdə səfər edənlərin 69,8 faizi təyyarədən, 28,1 faizi dəmir yolu və avtomobildən, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR