AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

  • + A
  • - A
  • Bu gün, 10:11

    Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

    İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada vəziyyətin sabitləşməsinə yönəlmiş Sülh Şurasının yol xəritəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bəyan edib.

    Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

    "HƏMAS-la son razılaşma ilə bağlı Prezident Trampla fikir ayrılıqlarım var. Bərpa mərhələsinə keçməzdən əvvəl HƏMAS tərk-silah edilməli, Qəzza zolağı isə hərbisizləşdirilməlidir", - B.Netanyahu bildirib.

    İsrail lideri bu bəyanatı Sülh Şurasının baş nümayəndəsi Nikolay Mladenovla görüşdən sonra verib.

    Eyni zamanda, daha əvvəl Sülh Şurasının sosial şəbəkələrdəki rəsmi səhifəsində vurğulanıb ki, Mladenov və Netanyahu arasındakı görüşdən sonra tərəflər İsrail Müdafiə Ordusunun Qəzza zolağından yalnız HƏMAS-ın tərk-silah edilməsindən sonra çıxarılması barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR